ABŞ Konqresi Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı təklif edir- “Politico”

ABŞ Konqresinin üzvləri OPEC+-un neft hasilatını azaltmaq qərarı fonunda Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı təklif edirlər.

Azpost.info xəbər verir ki, konqresmenlərin fikrincə, neftin qiymətinin artması qlobal inflyasiyaya səbəb olacaq.

“Milli təhlükəsizliyin yaxşılaşdırılması üçün daha asan və daha sürətli addım ABŞ-ın Səudiyyə Ərəbistanına bütün hərbi təchizatlarını, satışlarını və digər hərbi yardımlarını dayandırmaq olardı”, – deputat Ro Hanna və senator Riçard Blumentalın “Politico”da dərc olunan birgə məqaləsində bildirilir.

Sentyabrın 5-də OPEC+ ölkələri neft hasilatını noyabrdan sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər. ABŞ prezidenti Co Bayden OPEC+-un qərarından sonra noyabrda strateji neft ehtiyatından əlavə 10 milyon barel neftin qısa müddətdə bazara çıxarılması barədə göstəriş verib.

Kreml bildirib ki, azalma bazarlarda sabitliyin qorunmasına yönəlib.

Azpost.info

Əvvəlki məqalə

“Hava hücumu səngimir, ölən və yaralananlar var”

Sonrakı məqalə

Kəlbəcər və Daşkəsəndə yeni aşkarlanan 153 mina zərərsizləşdirilib