“Hava hücumu səngimir, ölən və yaralananlar var”- ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski ölkə boyu hava hücumlarının səngimədiyini bildirib.

“Ukraynada hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, – Zelenski deyib.

Strana.ua-nın məlumatına görə, partlayışlar ölkənin 12 rayonunda və paytaxtda baş verib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevdə raketlərdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin ofisinin yerləşdiyi Volodimirska küçəsinə düşüb.

Hökumət vətəndaşları sığınacaqlarda qalmağa çağırıb. Kiyev meri Vitali Kliçko mərkəzi küçələrin bağlandığını elan edib və şəhərətrafı qəsəbələrin sakinlərindən paytaxta gəlməməyi xahiş edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan bölgədə enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək

Sonrakı məqalə

ABŞ Konqresi Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı təklif edir