ABŞ Konqresindəki demokratlar Baydeni dəstəklədiklərini bəyan edib

ABŞ Konqresindəki demokratlar qapalı iclasdan sonra prezident Co Baydenin prezidentlik postu uğrunda mübarizə aparmaq niyyətini dəstəklədiklərini bildiriblər.

Azpost.info bildirir ki, bu barədə The Hill qəzeti xəbər verir.

“Prezidentin dediyi kimi, debatdan təxminən 10 gün keçib.  İrəli hərəkət etməyin vaxtı çatıb” – deyə görüşdən sonra Massaçusetsdən konqresmen Stiven Linç bildirib.

“Biz Baydeni dəstəkləyirik” deyə Cənubi Karolina nümayəndəsi Cim Klibern açıqlama verib.

Bir sıra digər görüş iştirakçıları da prezidentə dəstək ifadə ediblər.

Daha əvvəl xəbər verilmişdi ki, ABŞ Nümayəndələr Palatasındakı bir neçə yüksək vəzifəli demokrat Baydenin 2024-cü il seçki kampaniyasından geri çəkilməli olduğunu deyib. Buna cavab olaraq prezident Demokrat Partiyasının onu tənqid edən liderlərinin mövqeyindən narahat olmadığını bildirib.

İyunun 28-nə keçən gecə Bayden-Tramp debatı baş tutub. Bir çox Amerika mediası debatda Baydenin Trampla müqayisədə çox zəif göründüyünü qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Əfqanıstan Paris Olimpiadasında qadın idmançı göndərməkdən imtina edib

Sonrakı məqalə

Məşhur aktyor Kian Riz uzun müddətdən sonra ilk dəfə üzə çıxıb –