Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ Konqresinin spikeri Tayvana getsə sərt addım atacağıq” –

User 20 İyul 2022 - 08:26 (Last updated: 21 May 2025 - 20:15)
cin ordu

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Vahid Çin” prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcək.

Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasında avqusta planlaşdırılan səfəri barədə məlumatları şərh edərkən bu fikri səsləndirib.

“ABŞ bu səfərdən irəli gələn bütün mümkün nəticələri tam şəkildə nəzərə almalıdır”, – deyən Çin XİN rəsmisi bildirib ki, səfər baş tutarsa, bu, “Vahid Çin” prinsipini və Çin-ABŞ 3 birgə bəyannaməsinin müddəalarını kobud şəkildə pozacaq, Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi xələl gətirəcək, Çin-ABŞ münasibətlərinin siyasi əsasına ciddi təsir göstərəcək və “Tayvanın müstəqilliyi”nə can atan separatçı qüvvələrə ciddi yanlış siqnal göndərəcək.

Cao Licien ABŞ tərəfini həmin səfəri ləğv etməyə, Tayvan rəsmiləri ilə əlaqələri dayandırmağa, “Tayvanın müstəqilliyi”ni dəstəkləməməsi barədə öhdəliyini real hərəkətlərlə yerinə yetirməyə çağırıb.

XİN rəsmisi ABŞ-ın Tayvana 108 milyon dollar dəyərində silah satılması barədə sövdələşməni təsdiqləmək barədə niyyətini qınayaraq, bu addımın Tayvan boğazında gərginliyi daha da gücləndirəcəyini deyib.

Qeyd edək ki, Nensi Pelosi aprel ayında Tayvana səfər etməyi planlaşdırmışdı. Amma COVID-19 virusuna yoluxması səbəbindən səfərini təxirə salmışdı. Əgər səfər baş tutarsa, bu, ABŞ Nümayəndələr Palatası sədri vəzifəsini tutan şəxsin Tayvan adasında son 25 ildə ilk səfəri olacaq.

İkinci Dünya müharibəsindən sonra Çində Maonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Homindan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.

Post navigation

Previous: Yaponiyanın sabiq Baş naziri sentyabrın 27-də dəfn ediləcək
Next: Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi başlayır

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.