Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.(APA)

Əvvəlki məqalə

“ABŞ Konqresinin spikeri Tayvana getsə sərt addım atacağıq” –

Sonrakı məqalə

“Rusiya Ukraynada təşəbbüsü əlinə almasaydı, bunu digər tərəf edəcəkdi” –