“ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırıq”- Çinin yeni XİN rəhbəri

Çinin yeni xarici işlər naziri Tsin Qanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, söhbət zamanı XİN rəhbəri Çin-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına kömək etməyə hazır olduğunu bildirib.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Mən sizinlə sıx işgüzar əlaqələr saxlamağa, ölkələrimiz arasında əlaqələrin yaxşılaşdırılmasına və inkişafına birgə kömək etməyə hazıram”, – Qan deyib.

Nazir Çinin Vaşinqtonda səfiri vəzifəsində çalışarkən Blinkenlə keçirdiyi bir sıra ikitərəfli görüşlərini xatırladıb və bu görüşlərin səmimi və konstruktiv xarakterinə işarə edib.

Xatırladaq ki, Çinin yeni xarici işlər naziri Pekinin ABŞ-dakı səfiri olub.

Azpost.info

Əvvəlki məqalə

İsrail Dəməşq aeroportuna hava zərbələri endirib, ölənlər var

Sonrakı məqalə

NATO Baş katibi müttəfiqlərə “müharibəyə hazırlaşın!” komandasını verdi