NATO Baş katibi müttəfiqlərə “müharibəyə hazırlaşın!” komandasını verdi

NATO Baş katibi Yens Stoltenberq Qərb ölkələrini Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmağa çağırıb.

Azpost.info xəbər verir ki, Baş katib Rusiyanın Ukraynadakı məqsədlərindən əl çəkmək niyyətində olmadığını deyib.

“Biz uzun bir yola hazır olmalıyıq. Rusiyadakı səfərbərlik Rusiya qoşunlarının mümkün yeni hücum cəhdindən xəbər verir”, – Stoltenberq deyib.

O, Moskva ilə Kiyev arasında sülhün bağlanmasının mümkünlüyündən danışarkən münaqişənin nizamlanmasına dair razılaşmanın şərtlərinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını vurğulayıb:

“Müharibələrin çoxu sülh danışıqları ilə başa çatır. Çox güman ki, bu müharibədə də belə olacaq. Amma biz bilirik ki, Ukrayna üçün sülhün bağlanacağı şərtlər döyüş meydanında qüvvələr balansından asılıdır. Bu baxımdan Qərbin Ukraynaya hərbi yardımı davam etdirməsi zəruridir. Rusiyanı danışıqlar masasına oturmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa inandırmaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-la münasibətləri yaxşılaşdırmağa hazırıq”

Sonrakı məqalə

Naxçıvanda qızıl oğurlayan 32 yaşlı qadın tutuldu