ABŞ maliyyə naziri Canet Yellen iyulun əvvəlində Çinə səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Yellen Çin Dövlət Şurasının iqtisadi məsələlər üzrə baş nazirinin müavini Xe Lifenlə yüksək səviyyəli danışıqlar aparacaq.
Qeyd edək ki, Canet Yellen Çinə səfərini bir neçə dəfə təxirə salıb. Səfərin indi baş tutması son vaxtlar iki ölkə arasında gərginliyin artması ilə bağlıdır.
Azpost.info