Məşhur musiqiçi Elton Con son konsertini vətənində – Britaniyanın Qlastonberi şəhərində keçirərək “Vavewell Yellow Brick Road” vida turunu başa vurub.
Azpost.info xəbər verir ki, 76 yaşlı müğənni səhnəyə qayıtmamaq qərarına gəlib.
“Bəlkə də bu mənim həyatımdakı son çıxışımdır”, – Elton Con Qlastonberi konsertində deyib. O, yarım əsrlik heyrətamiz sevgi və sədaqət üçün pərəstişkarlarına təşəkkür edib.
Elton Conun pərəstişkarları onun səhnəni tərk edəcəyinə inanmırlar. Musiqiçinin meneceri Devid Furniş “mən onun əlində pultla divanda oturacağını düşünmürəm” deyərək tamaşaçıları sakitləşdirib.
Onun sözlərinə görə, oktyabrda Elton Con yeni albom yazdırmağa hazırlaşır. “Uzun müddətdir ki, o, studiya albomu buraxmır. Əla olacaq”, – Furniş deyib.
O, musiqiçinin yenidən səhnəyə çıxacağını da istisna etməyib. “Eltonun qastrolları dayandırması və ictimaiyyət qarşısında çıxış etməsi arasında fərq qoymaq vacibdir. O, canlı ifaçı kimi qayıdacaqmı? Ümid edirəm ki, qayıdacaq. Bu, onun qanında var”, – Furniş qeyd edib.
Qərb mediası yazır ki, Elton Conun çoxlu hobbisi var və səhnədən gedəndən sonra buna daha çox vaxt ayıra biləcək. Con məşhur “vintage” avtomobillərinin kolleksiyaçısıdır. O, 18 avtomobildən ibarət unikal kolleksiyasının əhəmiyyətli hissəsini hələ 2001-ci ildə satmışdı. Avtomobillər “Christie’s” hərracında 2,75 milyon dollara satılmışdı.
Azpost.info