“ABŞ müdafiəmə qalxmasa, bu, regiondakı bütün qərbyönlü liderlər faciəvi siqnal olacaq” –SAAKAŞVİLİ

“Əgər ABŞ mənim müdafiəmə qalxmasa, bu, regiondakı bütün qərbyönlü liderlər və xalqlar üçün faciəvi siqnal olacaq”.

Bunu Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri vasitəsi ilə “Bloomberg” nəşrinə göndərdiyi qeydlərində bildirib.

M. Saakaşvili yerli özünüidarəetmə seçkilərindən öncə ölkəsinə qayıtmasını hökumətin bəyanatlarının Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzvlük məqsədlərini tərk etməsinə onu inandırması ilə əlaqələndirib.

M. Saakaşvili həbsdə fiziki zorakılığa məruz qaldığını və digər məhbuslar tərəfindən təhqir edilməsinə yol verildiyini vurğulayıb.

Qeyd edək ki, 53 yaşlı sabiq Prezident M.Saakaşvili Gürcüstana qeyri-qanuni yollarla qayıtdıqdan sonra oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Həbs edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayan sabiq Prezident səhhətindəki problemlərlə əlaqədar noyabrın 8-də helikopterlə iradəsinin ziddinə olaraq Qldani Penitensiar xəstəxanasına köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müharibədə yaralanmış 160 hərbçi son nəsil protezlə təmin edilib

Sonrakı məqalə

İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib