Ağ Ev müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə cavab olaraq Rusiyaya qarşı əlavə ciddi sanksiyalar hazırladığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, yeni paket cümə günü açıqlanacaq.
O, yeni canksiyaların detallarını açıqlamaqdan imtina edib.
Kirbi yalnız deyib ki, Ukraynada müharibənin başlanmasının iki illiyinə təsadüf edəcək sanksiya paketinə Navalnının ölümü ilə bağlı sanksiyalar əlavə olunacaq.
Kirbi deyib ki, ABŞ Navalnının necə öldüyünü dəqiq müəyyənləşdirməyib. Vaşinqton məsuliyyətin Rusiya prezidenti Vladimir Putinin üzərində olduğunu israr edir: “Elmi cavabdan asılı olmayaraq, Putin buna görə məsuliyyət daşıyır”, o, jurnalistlərə deyib.
Azpost.info