Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

ABŞ-nin Azərbaycandakı səfiri 907-ci düzəlişdən danışıb

Orkhan Ali 15 Fevral 2024 - 17:53 (Last updated: 21 May 2025 - 20:15)
abs sefir

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

Bunu ABŞ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mark Libbi yerli media nümayəndələrinə açıqlamasında bildirib.

“907 saylı düzəliş 30 il əvvəl qəbul edilmiş qanunun bir hissəsidir. Mən 30 il əvvəl indiki vəzifədə çalışmırdım. Bu qanunda düzəliş edə bilmərəm.

Mən sizə onu deyə bilərəm ki, biz hər il təhlükəsizlik sahəsində müəyyən növ yardım göstərmək üçün 907 saylı düzəlişdən yayınmağın lazım olub-olmadığı barədə düşünürük, lakin bu, hələ nəzərdən keçirilir”, – deyə diplomat bildirib.

Səfir vurğulayıb ki, 907 saylı düzəliş Azərbaycanla əməkdaşlıq etmək üçün görülə biləcək yeganə iş deyil: “Bunun niyə belə inanılmaz dərəcədə vacib olduğunu hələ də tam anlaya bilmirəm. Bu, münasibətlərimizin geniş spektri, Azərbaycanla bütün sahələrdə qarşılıqlı fəaliyyətimiz, mədəni, iqtisadi və hətta müəyyən dərəcədə təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından kiçik paya malik bir hissədir”.

Libbinin sözlərinə görə, Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı yoxdur:

“907 saylı düzəliş bir sıra hərbi yardım növlərinə məhdudiyyət qoyur. Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı olub-olmadığını bilmirəm, çox güman ki, yoxdur. Bu, prioritetlərimiz kontekstində diqqətlə nəzərdən keçirməli olduğumuz məsələdir. Məsələ ilə bağlı bu il heç bir qərar verilməyib, lakin Azərbaycanla bağlı digər işlərimiz də var.

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz Ermənistanın da ərazi bütövlüyünü dəstəkləyirik. Ərazi bütövlüyünün dəstəklənməsi əvvəldən bizim əsas prinsipimiz olub”, – deyə səfir əlavə edib(apa).

Post navigation

Previous: Bakıda dumanla əlaqədar görünüş 500 metrədək məhdudlaşıb
Next: “Axtarışa verilən baş nazir Kallas Rusiyaya ekstradisiya oluna bilər”

Oxşar xəbərlər

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.