ABŞ nümayəndə heyəti Ankarada “F-16” tədarükünü müzakirə edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti martın 29-da Ankaraya səfər edəcək və Türkiyə Milli Müdafiə Nazirliyində danışıqlar aparacaq.

Türkiyənin Müdafiə Nazirliyi  xəbər verir ki, milli müdafiə naziri Yaşar Güler Amerika nümayəndə heyətini qəbul edəcək.

Danışıqların gündəliyində Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” hərbi təyyarələri parkının tədarükü və modernləşdirilməsi yer alıb.

Bundan əlavə, Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır, burada ABŞ Ankaranın iddia etdiyinə görə Türkiyənin tənqidinə zidd olaraq YPG terror təşkilatına (PKK-nın Suriya qanadı – AZƏRTAC-ın qeydi) dəstək verməyə davam edir.

“Türkiyə tərəfi ABŞ Konqresinin gündəliyində yer alan silah tədarükü layihələri fonunda Ankaranın milli təhlükəsizlik sahədə prioritetlərini Vaşinqtonun diqqətinə çatdırmağı planlaşdırır”, – deyə Türkiyə Müdafiə Nazirliyində qeyd olunub.

Əvvəlki məqalə

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

Sonrakı məqalə

Azərbaycan və Emənistan parlament sədrlərinin növbəti görüşünün tarixi məlum olub