Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının “strateji aktivlərini” ələ keçirib və danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir.

Bunu Baş nazir Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”, – deyə Baş nazir qeyd edib.

Əvvəlki məqalə

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

Sonrakı məqalə

ABŞ nümayəndə heyəti Ankarada “F-16” tədarükünü müzakirə edəcək