ABŞ Nümayəndələr Palatasına yeni sədr seçildi- İlon Maskın "namizədi" qələbə qazandı (FOTO)

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri səsvermənin 15-ci turunda respublikaçıların lideri Kevin Makkartini yeni sədr seçiblər.

Azpost.info xəbər verir ki, Makkarti 216 səs toplayıb. Onun əsas rəqibi demokrat Xakim Cefris isə 211 konqresmenin dəstəyini qazanıb.

Əvvəlki sədr Nensi Pelosi idi. Payızın sonunda o, ölkənin qanunverici orqanının yeni tərkibinə rəhbərlik etməyəcəyini açıqladı. Pelosi onu da bildirdi ki, statusundan asılı olmayaraq seçiciləri üçün işləməyə davam edəcək.

Nümayəndələr Palatasının sədri vəzifəsi ABŞ-da üçüncü ən vacib vəzifə hesab olunur. Təyinat baş verənə qədər konqresmenlərin işi bir neçə gün iflic vəziyyətdə qalır.

ABŞ parlamentinin aşağı palatasının spikerinin belə uzun müddətə seçilməsi 100 ildə bir ilk idi. 1923-cü ildə müvafiq vəzifəyə seçilmək üçün 9 tur səsvermə tələb olunmuşdu. Ən uzun seçki 1859-cu ildə olmuş, Nümayəndələr Palatasının sədrinin seçilməsi üçün 44 tur keçirilmişdi.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask “Tviter”dən müraciət edərək konqresmenləri Kevin Makkartini  seçməyə çağırmışdı.

Azpost.info

Əvvəlki məqalə

İran Araz çayından yeni su kəmərinin çəkilişinə başlayıb-

Sonrakı məqalə

Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb