ABŞ nüvə silahının hazırlanmasına 3 milyard dollar ayıracaq

ABŞ növbəti maliyyə ilində nüvə silahının hazırlanması, istehsalı və modernizəsi proqramlarına 2,83 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Bu barədə Konqresin nəzərdən keçirdiyi büdcə sənədlərində deyilir.

Ötən illə müqayisədə nüvə silahı proqramının xərcləri 165 milyon dollar (6,2 faiz) artırılacaq. ABŞ-ın nüvə arsenalına məsul Nüvə Təhlükəsizliyi üzrə Milli İdarə ən böyük vəsaiti (1,1 milyard dollar) hava bazalı qanadlı raketlər üçün W80 döyüş başlıqlarının və “B-2 Spirit” strateji bombardmançıları üçün B61 nüvə bombalarının (təxminən 772 milyon dollar) istifadə müddətinin uzadılması üçün istəyib.

Eyni zamanda, “Minuteman-3” qitələrarası ballistik raketlər üçün W87 döyüş başlıqlarının və nüvə sualtı qayıqlarının “Trident II D5” ballistik raketləri üçün W88 döyüş başlıqlarının modifikasiya proqramlarına müvafiq olaraq 691 milyon və 207 milyon dollardan çox vəsait yönəldiləcək.

Növbəti maliyyə ilində sualtı qayıqların ballistik raketləri üçün nəzərdə tutulan W93 döyüş başlıqlarının hazırlanmasına daha 72 milyon dollar xərclənməsi planlaşdırılır.

Aşağı gücdə W76-2 nüvə başlıqlarının istehsalı üçün vəsait ayrılması nəzərdə tutulmayıb. “Trident II D5” raketlərinin bir hissəsinin təchiz olunması üçün 5-8 kilotonluq döyüş başlıqlarının istehsalı 2020-ci ildə başa çatıb. Amerika Alimləri Federasiyasının məlumatına görə, ümumilikdə 50 ədədə yaxın belə döyüş başlığı istehsal edilib.

Qeyd edək ki, hazırda ABŞ ümumilikdə 5 min 550 nüvə başlığına malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə namazla bağlı qaydaları açıqladı –

Sonrakı məqalə

DSMF-də şəhid ailələri, müharibə əlilləri növbədənkənar qəbul edilir