ABŞ ordusu gələn il İraqı da tərk edəcək –AÇIQLAMA

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

Bu barədə İraq ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib. O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya üçün “Məhəbbət əfsanəsi” yaradan korifey –

Sonrakı məqalə

Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin siyahısı açıqlanıb