ABŞ öz vətəndaşlarına Xankəndinə və Azərbaycanla sərhədə səfəri qadağan edib

ABŞ Ermənistanda olan vətəndaşlarını Xankəndinə və Azərbaycanla sərhəd rayonlarına getməməyə çağırıb. 

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Ermənistanda səfirliyinin yaydığı xəbərdarlıqda deyilir.

Açıqlamada bildirilir ki, Ermənistan və Azərbaycan arasında davam edən münqişə ilə bağlı ABŞ səfirliyinin əməkdaşlarına, onların ailələrinə, Amerika vətəndaşlarına mühüm səbəb yoxdursa bu ərazilərə getmək qadağan olunub.

Səfilrik həmin ərazilərin adlarını da siyahıya əlavə edib.

Bura Zəngəzur, Naxçıvanla sərhəd əraziləri daxil olunub. Sənəddə vurğulanır ki, ABŞ vətəndaşlarına Qarabağa səfəri əvvəlki kimi qadağandır.

Səfirlik öz vətəndaşlarını Azərbaycan-Ermənistan arasında beynəlxalq sərhədlərə ehtiyatla yanaşmağa və Qarabağ zonası yaxınlığına səfərlərdən qaçmağı tövsiyə edib.

“ABŞ hökuməti Dağlıq Qarabağda ətrafında olan vətəndaşlarına heç bir ekstren xidmət göstərə bilməz. Bölgəyə giriş qadağan olunub”-deyə xəbərdarlıqda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

XİN Naxçıvan istiqamətində törədilmiş hərbi təxribatla bağlı bəyanat yayıb

Sonrakı məqalə

Bu gün məktəblərdə “Son zəng” çalınacaq