Bu gün məktəblərdə “Son zəng” çalınacaq

Bu gün Azərbaycanda “Son zəng” günü qeyd edilir.

15 sentyabrda başlayan 2022-2023-cü tədris ili 14 iyunda başa çatır.

Elm və Təhsil Nazirliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar verib. Tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq.

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.

Həmçinin paytaxtda 45 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 132 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 410 müəllim fəaliyyət göstərir.

2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 902 uşaq cəlb olunub.

Əvvəlki məqalə

ABŞ öz vətəndaşlarına Xankəndinə və Azərbaycanla sərhədə səfəri qadağan edib

Sonrakı məqalə

“Azərbaycan və Ermənistan XİN başçılarını səbirsizliklə gözləyirik” –