ABŞ prezidenti Bayden Britaniyaya gəlib –

Amerikanın hərbi bazasında görüş keçirib
10 İyun 2021 - 08:25
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ prezidenti Co Bayden özünün prezident kimi ilk beynəlxalq səfərinin il gündə Britaniyaya gəlib.

İyunun 9-da axşam saatlarında Britaniya hərbi hava qüvvələrinin Mildenholdakı bazasında eniş etdikdən sonra prezidnet ABŞ hərbi hava qüvvələrinin bu bazada yerləşdirilmiş heyəti ilə görüş keçirib.

ABŞ prezidenti hərbçilər qarşısında etdiyi nitqdə deyib: “Bu səfər boyunca biz hər addımda bunu bəyan edəcəyik ki, Birləşmiş Ştatlar qayıdıb və dünyanın demokratiyaları ən ağır çətinliklərə qarşı və gələcəyimiz üçün mühüm olan məsələlərdə birlikdə olacaqlar”.

Bayden deyib ki, ABŞ və Britaniya “dünya tarixində ən güclü hərbi və siyasi alyans” olan NATO-nun qurucularıdır: “İndi isə biz alyansımızı modernizə etməli, mühüm infrastrukturumuza, kiberqabiliyyətimizə investisiyalar qoymalı, son onillik ərzində üzləşdiyimiz hər bir hədəyə və üzləşəcəyimiz yeni çətinliklərə qarşı təhlükəsizliyimizi təmin etməliyik”.

Co Bayden bu görüşdən sonra gecələmək üçün Kornvol şəhərinə yollanıb.

İyunun 10-da onun Britaniyanın baş naziriBoris Consonla görüşü nəzərdə tutulub.