Cənubi Koreyada bina avtobus dayanacağının üzərinə uçub-9 nəfər ölüb (FOTO)

Cənubi Koreyada söküntü işləri zamanı qəza baş verib.

“Yonhap” agentliyinin məlumatına əsasən, işlərin aparıldığı bina gözlənilmədən qarşıdakı avtobus dayanacağının üzərinə uçub.

Qəza nəticəsində həmin anda dayanacaqda olan avtobusun içərisində və yaxınlığında olan 9 nəfər halak olub. Ondan çox şəxsin isə yaralanaraq xəstəxanaya çatdırıldığı bildirilib.

Ölənlərin sayında artımın olması istisna edilmir. Hazırda hadisənin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahzadə Diananın avtomobili hərraca çıxarılıb

Sonrakı məqalə

ABŞ prezidenti Bayden Britaniyaya gəlib –