ABŞ prezidenti Bayden İsraili dəstəklədi

13 May 2021 - 14:18
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

Mayın 13-nə keçən gecə Həmas yaraqlıları İsrailə onlarla raket atıb. Bundan öncə isə İsrailin raket zərbələrində silahlı qruplaşmanın komandirləri öldürülüb, Qəzzədə çoxmərtəbəli bina dağıdılıb.

Həmasın nəzarətində olan anklavın səhiyyə nazirliyi bildirir ki, mayın 10-da münaqişə qızışandan azı 56 fələstinli öldürülüb. Onlardan 14-ü uşaqdır. İsraildə isə 7 nəfərin öldürüldüyü bildirilir.

Son illər ən kəskin döyüşləri İsraildə yəhudilərlə ərəblər arasında küçə zorakılığını da gücləndirib.

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Bencamin Netanyahuya telefon zəngində raket zərbələrini pisləyib, “İsrailin təhlükəsizliyinə, legitim özünümüdafiə hüququna tərəddüdsüz dəstək” bildirib. Məlumatı Ağ ev mayın 12-də yayıb.

Netanyahu isə deyib ki, “İsrail Həmasın və Qəzza zolağında fəaliyyət göstərən digər terror təşkilatlarının hərbi gücünə zərbə vurmağı davam etdirəcək”, – İsrail tərəfin açıqlamasında belə deyilir.

Döyüşlər Şərqi Yerusəlimdə həftələrlə çəkən gərginlik fonunda qızışıb. Son iki gecədə İsrailin bir neçə yerində yəhudilər və ərəb sakinlər arasında qarşıdurma haqda xəbərlər gəlir. İsrailin 9 milyonluq əhalisinin 20 faizə qədərini ərəb vətəndaşlar təşkil edir.