Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilənnövbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.