ABŞ prezidenti Bayden Putinə zəng vurdu –Üçüncü ölkədə görüşməyi təklif etdi

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ prezidenti rusiyalı həmkarına görüşməyi təklif edib.

Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlər qurmaq məqsədinin olduğunu təsdiqləyib və  ABŞ və Rusiyanın qarşılaşdığı məsələlərin tam spektorlarının müzakirəsi üçün qarşıdakı aylarda üçüncü ölkədə görüş-sammit keçirməyi təklif edib.

Telefon danışığı zamanı iki lider SNV-3 müqaviləsinin uzadılmasına əsaslanan strateji sabitlik və silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi də daxil olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.

Bundan başqa, C.Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun gücləndirilməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyinin olduğunu vurğulayıb. ABŞ prezidenti Rusiyanı gərginliyi azaltmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimlər canavarların buz dövründən necə sağ çıxdıqlarını izah ediblər

Sonrakı məqalə

Prezident lham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub