ABŞ prezidenti Baydenin korteji Romada qəzaya düşüb

ABŞ prezidenti Baydenin avtomobil korteji Romada qəzaya düşüb. 

Azpost.info bildirir ki, bu barədə Ağ Evdən bildirilib. Prezident korteji Vatikanı tərk edib Kvirinal sarayına doğru gedərkən kiçik qəzaya düşüb. Heç kim ciddi xəsarət almasa da sərnişinlər tibbi baxışdan keçib.

Bayden bu gün Vatikanı ziyarət edib və Roma Papası ilə görüşüb. Bundan sonra o, İtaliya prezidenti Serco Mattarela ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin ən çox sərvət yaratdığı dörd ölkədən biri Azərbaycandır –

Sonrakı məqalə

Hüquqi şəxslərin dövlət qeydiyyatı elektronlaşdırılır