“ABŞ Putinin nüvə zərbəsinə hazırlaşırdı”- CNN

ABŞ hakimiyyəti 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinə ciddi hazırlaşırdı.

Azpost.info xəbər verir ki, bunu CNN Co Bayden administrasiyasının iki yüksək vəzifəli rəsmisinə istinadən yazıb.

Rəsmilərin fikrincə, Xersonu tərk etməyə məcbur olan Rusiya ordusunun ardıcıl məğlubiyyətlərindən sonra Ukrayna münaqişəsinin nüvə ssenarisi real hesab edilib.

“Qiymətləndirmə ABŞ kəşfiyyatına daxil olan son dərəcə həssas məlumatlar əsasında aparılıb. Vladimir Putinin taktiki nüvə silahından istifadə etməsi ehtimalı nəzərə alınıb”, – CNN mənbələri deyirlər.

Azpost.info

Əvvəlki məqalə

Şahbaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib

Sonrakı məqalə

Polşa NATO qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləyib