ABŞ Qətərdə “Taliban” nümayəndələri ilə görüşəcək

09 Oktyabr 2021 - 08:48

ABŞ nümayəndə heyəti 9-10 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada “Taliban” hərəkatının yüksək rütbəli nümayəndələri ilə görüşəcək.

Bu barədə “Reuters” agentliyi özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra tərəflər arasında ilk görüş olacaq. Agentlik yazır ki, Amerika nümayəndələri Əfqanıstanda qalan ABŞ və digər ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsini və “taliban”çılar tərəfindən saxlanılan amerikalıların sərbəst buraxılmasını təmin etmək üçün “Taliban”a təzyiq göstərməyə çalışacaq.