Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Qazaxıstana “göz açdırmır”

User 08 İyun 2023 - 12:06 (Last updated: 21 May 2025 - 20:15)
money-5837336_1280

Qazaxıstan bankları Rusiyadan olan sahibkarlardan rublla ödənişləri qəbul etməkdən imtina edir.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” yazır.

Çətinliklər ABŞ-ın ölkəyə maliyyə nəzarətini gücləndirməsindən sonra yaranıb.

Mənbə bildirib ki, “Halyk Bank”, “Fortenank”, “RBK bank” və “Bereke bank” bu yaxınlarda rublla onlarla ödənişi geri qaytarıb. Rublla ödənişlərlə bağlı problemləri “Toçka Bank”ın nümayəndəsi Anna Davydova təsdiqləyib.

“ABŞ-ın Qazaxıstan və Ermənistana aratan nəzarəti rublun dollara çevrilməməsinin qarşısını alır”, – “MoneyPort” kriptovalyuta birjasının təsisçisi Aleksandr Faktorov deyib. Nəticədə Rusiya biznesi Qazaxıstan tengesinə keçməyə başlayıb.

A.Davydova qeyd edir ki, “Toçka”da apreldə tenge ilə ödənişlərin sayı mart ayı ilə müqayisədə 75 faiz artıb.

“Delovaya Rossiya” Baş Şurasının üzvü Aleksey Poroşin deyir ki, ödəniş Rusiya şirkətindən gələrsə, Qazaxıstan bankları hətta tenge qəbul etməkdən belə, imtina edirlər.

“Əgər əməliyyat bankın daxili nəzarətindən keçmirsə və riskli əməliyyatlar kateqoriyasına düşərsə, əməliyyatın dondurulması və ya geri qaytarılması mümkündür”, – “Kontinental” hüquq firmasının rəhbəri Eldar Babayev bildirib.

“Levoberejnı” bankından bildiriblər ki, Qazaxıstan bankları Rusiyaya Ukraynadakı müharibəyə görə tətbiq edilən sanksiyalara riayət etməyə məcburdur, çünki ABŞ ölkə iqtisadiyyatının əsas sərmayəçisidir.

“Kommersant” da bazar mənbələrinə istinadən yazmışdı ki, son həftələrdə Qazaxıstan və Ermənistan bankları da rusiyalı sahibkarların serverlər, mikrosxemlər, prosessorlar, telekommunikasiya avadanlıqları və digər elektronika üçün ödənişlərini bloklamağa başlayıb.

Azpost.info

 

Post navigation

Previous: Rusiyadan gedən xarici brendlər 2 milyard dollar itiriblər
Next: Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilir

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.