“ABŞ Rusiya ilə münasibətləri bərpa etməlidir”.
Azpost.info xəbər verir ki, bunu amerikalı milyarder Devid Saks deyib.
Onun sözlərinə görə, bu, üçüncü dünya müharibəsinin qarşısını almağın yeganə yoludur. Bu baxımdan o, ABŞ-ı Rusiya ilə danışıqlara çağırıb. Onun fikrincə, danışıqlar sülhün əsasını qoyacaq.
Saks iddia edir ki, ABŞ-ın Ukraynadakı strategiyası tamamilə uğursuz olub, Vaşinqtonun hərbi əməliyyatları uzatması nəticəsində keçmiş Sovet respublikası məhv edilib.
Eyni zamanda o, anti-Rusiya sanksiyalarının yalnız Avropaya zərər vurduğunu, Moskvanın isə iqtisadi artım nümayiş etdirməkdə davam etdiyini bildirib.
Azpost.info