ABŞ Rusiyada konsulluq xidmətlərini dayandırır –Səfir açıqlama verdi

Amerika Birləşmiş Ştatları Rusiyadakı səfirliyi avqustun 1-dən personal çatışmazlığı səbəbindən konsulluq xidmətləri göstərə bilməyəcək.

Bu haqda “Dojd” televiziyasına Rusiyadakı səfir Con Sallivan bildirib.

Onun sözlərinə görə, əməkdaşların azlığı konsulluq xidmətlərinə vizaların verilməsi ilə bağlı hətta bir neçə ərizənin üzərində işləməyə belə imkan verməyəcək.

“Bu təkcə ABŞ-Rusiya münasibətləri baxımından əngəl deyil. Bunun ailələrə şəxsi xarakterli, həm Amerika, həm də Rusiya müəssisələrinə kommersiya baxımından ciddi fəsadları olacaq”, – Sallivan vurğulayıb.

2017-ci iləcən ABŞ-ın Rusiyadakı diplomatik missiyalarında mindən artıq rusiyalı işləyirdi. Amma iki ölkənin münasibətləri pisləşəni bu rəqəm xeyli azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Azərbaycan-Türkiyə “Atatürk-2021” döyüş təlimləri başlayıb –

Sonrakı məqalə

“Toylarda yemək verilməyəcəyi ilə bağlı yayılan məlumat yalandır” –