ABŞ qeyri-hökumət təşkilatlarının köməyi ilə rusiyalıları prezident seçkilərinə getməməyə məcbur etməyə çalışır.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir.
“Daxil olan məlumatlara görə, Co Bayden administrasiyası ABŞ QHT-lərinin qarşısına martın 15-17-də Rusiyada keçiriləcək prezident seçkilərində fəallığın azalmasına nail olmaq vəzifəsi qoyub”, – məlumatda deyilir.
Qurum iddia edir ki. ruslar müxalifətin internet resursları vasitəsilə seçkiləri boykot etməyə çağırılır. Bundan başqa, uzaqdan səsvermə sisteminə kiberhücumlar planlaşdırılır ki, bu da səslərin payının hesablanmasını qeyri-mümkün edə bilər.
“Vaşinqtonun hesablamalarına görə, nəticədə iştirakçıların azalması Qərbə seçkinin nəticələrini şübhə altına almağa əsas verəcək”, – Kəşfiyyat xidməti qeyd edib.
Azpost.info