ABŞ prezidenti Co Bayden administrasiyası Rusiyanın düşmənçilik hərəkətlərinin nəzərdən keçirilməsi məsələsini başa çatdırıb, hazırda rusiyalı diplomatların ölkədən çıxarılması və bu ölkəyə qarşı sanksiya tətbiq olunması imkanlarını araşdırır.
Bu barədə “Bloomberg” özəl mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ administrasiyası “Rusiya tərəfindən edildiyi iddia olunan bədxah hərəkətlər barədə kəşfiyyat işini tamamlayıb”. Bu əməllərə qarşı potensial cavab tədbirləri arasında ABŞ-da “diplomatik toxunulmazlıqdan” istifadə etdikləri iddia olunan “Rusiya kəşfiyyatçılarının deportasiyası”, eləcə də Rusiyada olan ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir. Vaşinqton administrasiyasında mövcud variantlar sutka ərzində müzakirə olunacaq.