“ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib”-LAVROV

Hazırda Moskva və Vaşinqton arasında xüsusi münasibət yoxdur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib.

“Hazırda bizim Amerika ilə heç bir xüsusi münasibətimiz yoxdur. Biz yalnız səfirliklərimizin fəaliyyətində yaranan problemləri və amerikalıların BMT-yə ev sahibliyi edən ölkə kimi öz hüquqlarından sui-istifadə etmələrini müzakirə edirik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ Dövlət katibinin nümayəndəsi Erika Olsonu qəbul edib

Sonrakı məqalə

Azərbaycan Rusiyaya nota verdi