ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

13 Fevral 2020 - 19:02

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub. 

Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və “Kumertausk Aviasiya istehsalı müəssisəsi” Açıq Səhmdar Cəmiyyətidir.