ABŞ səfiri Baydenin Azərbaycanla maraqlandığını bildirib

22 Noyabr 2021 - 15:34
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

“ABŞ-ın yeni Bayden administrasiyası Cənubi Qafqazla, Azərbaycanla yaxından maraqlanır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

“Siz ABŞ rəsmilərinin Azərbaycan hökuməti ilə təmaslarını görə bilərsiniz, Blinken Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi saxlayır, bu yaxınlarda Dövlət Departamentindən də səfər oldu”. – səfir vurğulayıb.

Li Litzenberqer Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunub: “Əlaqələrin normallaşması, iki ölkə arasında münasibətlərin bərpası üçün regionda yeni imkanlar var. Biz ABŞ olaraq bu prosesə dəstək vermək istəyirik”. (APA)