“Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyinə çox şad oldum” –ABŞ SƏFİRİ

“Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi xəbərinə çox şad oldum”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

“Biz ABŞ olaraq ötən il münaqişə başlayandan bəri çox çalışırdıq ki, tərəflərin birbaşa təması üçün imkan yaransın. Bu yaxşı nəticələr verə bilər. Keçmişə nəzər salsaq görərik ki, tərəflərin, xüsusilə də liderlərin birbaşa təması əhəmiyyətli nəticələr verib. Bu görüşün nəticələrinin necə olacağını bilmirəm, ancaq çox ümidliyəm ki, etimadın yaradılması və inkişafa doğru və münasibətlərin normallaşması üçün əlaqələrin yaradılması istiqamətində əhəmiyyətli addımdır, – səfir deyib.

O, tərəflərin Müdafiə Nazirlikləri arasında birbaşa kontaktın yaradılmasını hər zaman dəstəklədiklərini vurğulayıb: “Bu insidentlərin yaranması və itkilərdən qaçmaq üçün çox vacibdir. Biz Müdafiə Nazirlikləri arasında birbaşa kontaktın yaradılması barədə razılığı alqışlayırıq. Təkcə kontaktın yaradılması vacib deyil, həm də onun imkanlarından istifadə önəmlidir. Biz səbirsizliklə gözləyirik ki, tərəflər bu imkandan yararlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ səfiri Baydenin Azərbaycanla maraqlandığını bildirib

Sonrakı məqalə

“ABŞ və Rusiya ancaq Minsk Qrupunda yaxşı əməkdaşlıq edir” –