ABŞ səfiri Qəbələdə “Youtube”də məşhur olan aşpazla görüşüb –FOTO

ABŞ səfiri Libbi Qəbələ rayonuna səfər edib. 

Azpost.info bildirir ki, səfəri rayonda olarkən dünyada məşhur olan aşpaz Təvəkkül Aslanovla görüşüb.

Bu barədə ABŞ səfirliyinin saytı paylaşım edib. “Səfir Libbi Qəbələ rayonunda səfərdə olarkən Azərbaycanın ən böyük “YouTube” ulduzlarından birini ziyarət edib”-deyə paylaşımda deyilir.

Qeyd edək ki, Qəbələdən olan bu bloger-aşpaz vəhşi təbiət qoynunda müxtəlif yeməkləri təbii yollarla bişirir. Onun çəkilişləri “Youtube”da populyardır və dünya üzrə milyonlarla baxış var.

Əvvəlki məqalə

“Azərbaycan NATO üçün son dərəcə əhəmiyyətli ölkədir” –

Sonrakı məqalə

Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili kimə məxsusdur? –