ABŞ Senatı Trampa bəraət verdi –

İmpiçment prosesi bitdi, Prezident vəzifəsində qaldı
06 Fevral 2020 - 09:00

ABŞ Senatı impiçment prosesindəki hər iki maddəyə görə prezident Donald Trampa bəraət verib. 

RİA Novosti-nin verdiyi xəbərə görə, beləliklə, Ağ Evin rəhbəri ittiham edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.

Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə təqsirli bilmədilər. Bununla da Trampın impiçment prosesi bitmiş hesab edilib.

Qeyd edək ki, ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi tələb olunurdu. Lakin Senatda çoxluq təşkil edən Respublikaçılar Trampa qarşı impiçmentin tam əleyhinədirlər. (APA)