Suriya ordusu İdlibin strateji hesab edilən Sarakib şəhərinə daxil olub

Suriya ordusu İdlib əyalətindəki Sarakib şəhəri üzərində tam nəzarəti ələ keçirib.

RİA Novosti xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat verilib.

Bildirilir ki, Sarakib şəhəri İdlibə sahib olmaq üçün açar rolunu oynayır. Şəhər M4 (Latakiya – Hələb) və M5 (Dəməşq – Hələb) beynəlxalq yollarının kəsişməsində yerləşdiyinə görə strateji əhəmiyyətə malikdir.

Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putini və Suriya Prezidenti Bəşər Əsədi İdlib vilayətində hücumu dayandırmağa çağırıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Senatı Trampa bəraət verdi –

Sonrakı məqalə

Çində koronavirusdan ölənlərin sayı 563-ə yüksəlib