ABŞ SEPAH-ın briqada generalına qarşı sanksiya tətbiq edib

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Birləşmiş Ştatların İran üzrə xüsusi nümayəndəsi Brayan Huk jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ SEPAH-ın briqada generalı Həsən Şavapurun adını viza sanksiyaları siyahısına daxil edib. General Şavapur etirazçılara qarşı insan hüquqlarını kobud şəkildə pozub”, – Huk belə deyib.

Huk əlavə edib ki, İran hərbi qüvvələri “keçən ilin noyabr ayında Maşar bölgəsində 148 köməksiz iranlıya qarşı qətliam törətdiyinə görə məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti xüsusi yaradılmış kanal vasitəsilə İran xalqından sanksiyalar siyahısına daxil edilməli olan 88 mindən çox təklif alıb.

“İran xalqından aldığımız bütün məlumatları nəzərdən keçirməyə və daha çox İran rəsmisini insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – deyə Huk qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyanın ən kiçik boylu insanı 28 yaşında dünyasını dəyişib

Sonrakı məqalə

Türk xüsusi təyinatlılar Tripoliyə gəlib