Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ABŞ şirkəti Azərbaycanda seçki öncəsi sorğu aparıb

User 27 Avqust 2024 - 12:36 (Last updated: 21 May 2025 - 20:15)
sorqu abs sec

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində yerli tərəfdaşı ilə birgə “exit-poll” keçirmək məqsədilə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu aparıb.

Sorğu iyulun 29-dan avqustun 9-dək yerli respondentlər arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb.

“Oracle Advisory Group” təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırılıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldıqları üçün respondentlərin mövqeyi tamamilə şəffaf olub.

“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb.

Bildirilib ki, respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirib, 9 faizi isə suala cavab verə bilməyib.

Azərbaycandakı söz azadlığı ilə bağlı suala respondentlərin 85 faizinin rəyi müsbət olub.

Diqqətə çatdırılıb ki, sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı 2013-cü, 2018-ci və 2024-cü illərdə prezident seçkilərində, 2015-ci və 2020-ci illərdə parlament seçkilərində, 2016-cı ildə isə referendumda sosioloji sorğular və “exit-poll” keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib.

Post navigation

Previous: “Müsavata 6 faiz, REAL-a 4 faiz dəstək verib” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.