ABŞ texniki məlumatları Çinə ötürən “Boeing”i 51 milyon dollar cərimələdi

Razılaşmanı pozduğuna görə “Boeing” cərimə kimi 51 milyon dollar ödəməyə məcbur edilib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təşkilat müdafiə təyinatlı məhsulların ixracı qaydalarını pozub, həmçinin texniki məlumatları Çinə ötürüb.

36 aylıq razılaşmanın şərtlərinə əsasən, “Boeing” 51 milyon dollar cərimə ödəyəcək.

Şirkət qanun pozuntularının nəticələrinin aradan qaldırılması üçün tədbir görərsə, cərimənin 24 milyon dolları silinəcək. Departament qeyd edib ki, şirkət ABŞ-ın milli təhlükəsizliyinə ziyan vurub.

Azpost.info

Əvvəlki məqalə

Rusiya kosmosda nüvə silahı yerləşdirəcək?

Sonrakı məqalə

Azərbaycan və Rusiya XİN rəhbərlərinin Antalyada görüşü keçirilir