Türkiyənin Suriyanın şimalında hər hansı yeni hücumu regional sabitliyi pozacaq və vəziyyəti daha da gərginləşdirəcək.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
“Biz Suriyanın şimalında artan hərbi fəaliyyətlə bağlı, xüsusən də mülki əhaliyə təsirlə bağlı narahatıq”, – deyə Prays bildirib.
O bildirib ki, tərəflər atəşkəs zonalarını qorumaq və saxlamalıdır.
Xatırladaq ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimal bölgələrində üç – “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Barış bulağı” hərbi əməliyyatı keçirib.
Qeyd edək ki, mayın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin oktyabrında “Barış bulağı” əməliyyatından sonra yaradılan 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsi məqsədilə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlıq barədə məlumat verib.
Türkiyə mətbuatının məlumatına görə, əməliyyat yaxın vaxtlarda başlaya bilər.