“ABŞ üçün ən böyük təhlükə Rusiyadır” –

Bayden açıqlama verdi
26 Oktyabr 2020 - 10:03

ABŞ prezidentliyə namizəd Co Bayden Rusiyanı ABŞ üçün ən böyük təhlükə adlandırıb.

Azpost.info bildirir ki, CBS telekanalına müsahibəsində Bayden beynəlxalq arenada Rusiyanın ABŞ üçün “ən böyük təhlükə”, Çinin “nəhəng rəqib” olduğunun bildirib.

“Hesab edirəm ki, hazırda Amerika üçün ən böyük dağıdıcı təhlükə Rusiyadır”-deyə o vurğulayıb. Sentyabrın əvvəlində Bayden bildirmişdi ki, Moskva fəal şəkildə ABŞ-dakı seçkilərə müdaxilə etməyə çalışır.