“Vaşinqtona müstəqil Ukrayna lazım deyil. ABŞ Ukraynanı müstəmləkəsinə çevirmək istəyir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Onun fikrincə, ABŞ-ın Ukraynada məqsədi heç də ölkənin demokratikləşməsi deyil: “Bütün dünya Liviyada, İraqda, Əfqanıstanda, Suriyada, Yuqoslaviyada ABŞ tipli demokratiyanın nələrə gətirib çıxardığını gördü. Bu ölkələrin vətəndaşları humanitar fəlakətlə üzləşdi”.
Volodinin sözlərinə görə, ABŞ Ukraynanı inkişaf etdirmək əvəzinə, onu talayır: “ABŞ bütün resursları Ukraynadan sıxışdırıb çıxarmaq və ondan Rusiyanı zəiflətmək üçün istifadə etmək istəyir. Ukraynanı demokratik, müstəqil, suveren və firavan etmək üçün səkkiz il vaxtları var idi. Çünki dövlət çevrilişindən sonra Kiyev rejiminə əslində amerikalı müşavirlər və təlimatçılar rəhbərlik edirdilər. Amma ölkəni inkişaf etdirmək əvəzinə, böyük potensiala malik Ukrayna talan edildi. İstənməyən media bağlandı, müstəqil jurnalistlər öldürüldü, siyasi partiyalara qadağa qoyuldu. Korrupsioner hökumətdə heç kim Ukrayna xalqı haqqında düşünmədi”.
Azpost.info