ABŞ Ukraynaya korrupsiya ilə mübarizə üzrə müşavir göndərəcək

ABŞ Ukraynanın Strateji Sənaye Nazirliyinə yerli hakimiyyət orqanlarına hərbi sənayeni inkişaf etdirməyə, investisiya cəlb etməyə və korrupsiya ilə mübarizəyə kömək edəcək amerikalı müşavir göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin ABŞ-Ukrayna müdafiə sənayesi konfransının yekunları üzrə bəyanatında deyilir.

Həmçinin, Ukrayna və ABŞ Müdafiə nazirlikləri kritik sursatların birgə istehsalı və texniki məlumat mübadiləsinə dair niyyət bəyanatı imzalayıblar.

Azpost.info

Əvvəlki məqalə

MTK-lar mənzillərdə sayğac quraşdırmağa görə pul ala bilməz –

Sonrakı məqalə

“Rusiya ilə İran arasında əməkdaşlıq uğurla inkişaf edir”