ABŞ Ukraynaya yeni hərbi yardım paketini- AÇIQLADI

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Brüsseldə Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun (Ramşteyn formatı) 16-cı iclasında bildirib.

“Mən məmnuniyyətlə elan edirəm ki, Birləşmiş Ştatlar Ukrayna üçün son müdafiə dəstəyi paketinə 200 milyon dollar ayırır”, – o deyib.

Ostinin sözlərinə görə, yeni paketə hava hücumundan müdafiə sursatları, raketlər, artilleriya və dəqiq aviasiya sursatları, həmçinin Rusiya pilotsuz təyyarələrinə qarşı silahlar daxildir.

Pentaqonun rəhbəri bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi dəyəri Rusiyanın tammiqyaslı işğalının əvvəlindən 43,9 milyard dollara yüksəlib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Konqresi Ukrayna və İsrailə yardımı birləşdirməkdən imtina edib

Sonrakı məqalə

Ceyhun Bayramov Qırğızıstana səfərə gedib