“ABŞ və Avropa üçün “yaxşı rus” anlayışı yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.
O, Rusiyanı tərk edən rusları “sərgərdan” və “satqın” adlandırıb: “İndi onlar ABŞ və Avropa üçün insan hüquq və azadlıqlarının sadəcə dekorasiya olduğunu görüb təəccüblənirlər”.
Volodinin fikrincə, ABŞ və Avropa ölkələri ruslara münasibətdə öz maraqlarından çıxış edirlər: “Nə qədər ki, ruslar Rusiyanı tənqid edirlər, ABŞ və Avropa şəhərlərində onlara tolerantlıq göstərilir. Sözə baxmayacaqları təqdirdə isə qovulacaqlar. Son nəticədə bu sərgərdan insanlar heç kimə lazım olmayacaqlar”.
Azpost.info
