ABŞ və Türkiyənin müdafiə nazirləri Qarabağda vəziyyəti müzakirə edib

18 Noyabr 2021 - 20:19

Müdafiə məsələləri üzrə yüksək səviyyəli Amerika-Türkiyə Qrupunun noyabrın 16-da Pentaqonda keçirilən görüşü zamanı müzakirə etdiyi mövzular arasında Cənubi Qafqaz da olub.

“ABŞ prezidenti Bayden və Türkiyə prezidenti Ərdoğan arasında, eyni zamanda müdafiə naziri Ostinlə milli müdafiə naziri Akar arasında bu yaxınlarda baş tutan danışıqlara əsasən, nümayəndə heyətləri bir çox funksional və regional məsələləri müzakirə ediblər”. Bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, podpolkovnik Anton Semelrot bildirib.

“Buraya terrorçuluğa qarşı mübarizə və Əfqanıstan, Afrika, Cənubi Qafqaz, Şərqi Aralıq Dənizi və Yaxın Şərqdə regional təhlükəsizlik kimi transmilli prioritetlər daxildir“, deyə o qeyd edib.

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Laura Kuper iki ölkənin Qara Dəniz üzrə əməkdaşlığını da qeyd edib. Tərəflər həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Belə ki, Laura Kuper ABŞ-ın Türkiyənin NATO-ya dəstək üçün hərbi cəhətdən müasirləşmə ehtiyaclarını qəbul etdiyini təsdiq edib. 

Pentaqon nümayəndələrinin sözlərinə görə, nümayəndə heyətləri növbəti görüşün Ankarada keçirilməsi barədə razılıq əldə ediblər. (Turan)