Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb.

Bu barədə keçmiş Prezidentin vəkili Beka Basilaia jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, vəkilləri ilə görüşdən sonra yuxarı mərtəbəyə qalxarkən huşunu itirərək yıxılan M. Saakaşvili bir neçə dəqiqə sonra özünə gələrək gözlərini açıb, lakin heç bir söz deməyib.

B. Badilaia sabiq Prezidentin xərəklə aparıldığını, lakin hazırda harada olduğu barədə məlumatının olmadığını qeyd edib.

Qeyd edək ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış üçüncü Prezident M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Həbs edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayan Saakaşvili səhhətindəki problemlərlə əlaqədar noyabrın 8-də iradəsinin ziddinə olaraq helikopterlə 18 saylı Qldani Penitensiar Xəstəxanasına nəql edilib. Təxminən 50 gündür ki, aclıq aksiyası keçirən sabiq Prezidentin yalnız maye və vitaminlər qəbul etdiyi bildirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Avropa Məhkəməsinə müraciətlərlə bağlı 16 saylı Protoklu imzalayıb

Sonrakı məqalə

ABŞ və Türkiyənin müdafiə nazirləri Qarabağda vəziyyəti müzakirə edib